2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrində pivə istehsalı 2022-ci illə müqayisədə 5% azalaraq 34,3 milyard litrə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa statistika agentliyi “Eurostat” məlumat yayıb.

Eyni zamanda, ötən il alkoqolsuz pivə istehsalı 13,5% artaraq 1,8 milyard litrə çatıb.

Almaniya 7,2 milyard litr istehsal ilə Aİ-də klassik pivə istehsalına görə lider olaraq qalır. İspaniya 4 milyard litrlə ikinci, Polşa isə 3,5 milyard litrlə üçüncü yerdədir.