Yeni BMW 2-Series kupesinin eksteryer dizaynı onun sabah keçiriləcək təqdimatından əvvəl açıqlanıb. M240i xDrive top versiyasında olan ikinci nəsil kupenin şəkli wilcoblok Instagram hesabında yayımlanıb. Sonradan bmwblog portalı da şəklin doğruluğunu təsdiqləyib. Bununla belə, yeni kupe BMW pərəstişkarlarını təəccübləndirməyi bacarıb: kupe Bavariya modelləri üçün xarakterik olmayan optikası, əks tutuşlu qapı tutacaqları, qeyri-adi üçbucaqlı hava girişləri və “kiçik burun dəlikləri” ilə fərqlənir.

İlk dəfə yeni BMW 2-Series kupesinin kamuflyajsız görüntüləri keçən il çəkilib. O zamanda da  M240i xDrive versiyas rast gəlmişdi. Modelin xarici görünüşü 14 ayda dəyişməyib, yalnız seriya versiyasında ön bamperin hava girişində M nişanı yoxa çıxıb.