“Yapı Kredi Bank Azərbaycan” QSC Kart Ödəniş Sistemləri üzrə əməkdaşı vəzifəsi üzrə vakansiya elan edib.

Vəzifəyə olan tələblər:

-Ali təhsil,

-Yaxşı dərəcədə İngilis və Rus dillərində danışa bilən,

-MS Office proqramlarına hakim,

-Analiz etmə bacarığı inkişaf etmiş, yaradıcı, strateji həll təklifləri və fikirlər qarşı tərəfə aydın çatdıra bilən,

-Təsirli ünsiyyət və problem həll etmə bacarıqlarına sahib,

-Təşəbbüs istifadə etmə,

-Yüksək peşəkarlıq və stressə davamlılıq.

Funksional Öhdəliklər:

-Ödəniş kartları sahəsində ən az 1 il iş təcrübəsinə sahib olmaq;

-Ödəniş sistemlərinin qayda və tariflərinə hakim olmaq, onlarla danışıq və yazışmaların aparılması, müvafiq hesabatların təqdim edilməsini təmin etmək;

-Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qayda və tələblərinə hakim olmaq;

-POS-terminal sahəsinin inkişafı üzrə təsərrüfat subyektləri ilə işlərin koordinasiyasını həyata keçirmək;

-Ödəniş kartları sahəsi üzrə rəqabəti və dünyada gedən tendensiyaları yaxından təhlil etmək;

-Ödəniş kartları və POS-terminal məhsullarının inkişafı ilə bağlı təkliflər vermək, ödəniş sistemləri və müvafiq departamentlərlə birgə layihələr həyata keçirmək;

Email:  hr@yapikredi.com.az