"Vətən naminə Tavuş" müxalifət hərəkatının minlərlə tərəfdarı İrəvanın mərkəzindəki Respublika meydanına toplaşaraq Ermənistan hakimiyyətinin Azərbaycanla sərhədin birtərəfli delimitasiyasına dair qərarına etiraz edib və baş nazirin istefasını tələb ediblər. 

İqtisadiyyat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mitinq arxiyepiskop Baqrat Qalstanyan liderliyində keçirilir.

"Biz barışıqdan danışırıq, lakin bu insanlar (hakimiyyət - red.) nifrətdən danışır, bizim ölkədə insanlar zəhərlənib və bu, bizim təsəvvür etdiyimiz Ermənistan deyil. Ölkəmiz fiziki və mənəvi cəhətdən dağılıb", - arxiyepiskop Baqrat deyib.