2023-cü ilin yanvar ayı ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 24 min nəfər və ya 0,49% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DSMF-dən bildirilib.

"Beləliklə, 2023-cü ilin 1 fevral tarixinə uçota alınmış sığortaolunanların sayı 4,90 mln. nəfər təşkil edib", - məlumatda qeyd edilib.