ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 3,73 milyon barel azalaraq 429,32 milyon barelə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Hesabat dövründə ölkənin benzin ehtiyatları 1,34 milyon barel artaraq 225,1 milyon barel təşkil edib.

Mütəxəssislər neft ehtiyatlarının 1,8 milyon barel azalacağını, benzin ehtiyatlarının isə 1,8 milyon barel azalacağını gözləyirdilər.

 

Gözəl Həşimova