Hadisə rayonun Cağatay kəndində baş verib.
500 kvadratmetr sahəsi olan fermasının 200 kv.m ərazisi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 300 kv.m ərazi yanğından mühafizə olunub və alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırmalar aparılır.(oxu.az)