Bu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 20,6% artaraq 1458,6 min nəfər olmuşdur.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,3 %, Rusiya Federasiyasına gedənlərin sayı 16%, Gürcüstana gedənlərin sayı 14,9%, Türkiyəyə gedənlərin sayı 14,8% artıb. Azərbaycan vətəndaşlarının 42,2%-i Türkiyəyə, 20,5%-i Rusiya Federasiyasına, 8,7%-i Gürcüstana, 8,4%-i İrana, 20,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 63,9 %-ini kişilər, 36,1 %-ini qadınlar təşkil edib.
Səkkiz ayda xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8%-i hava, 28,1%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.