Çin Sənaye Nazirliyinin bazasında yeni Volkswagen Tiguan X kupeşəkilli krossoveri haqqında şəkillər və məlumatlar aşkar edilib.

Yeni krossover alman markasını model xəttində olan digər kupeşəkilli Teramont X və Tayron X krossoverlərinə qoşulacaq. 

Kupeşəkilli krossover standart Tiguan modelindən dam xətti və arxa tərəfin tərtibatı ilə fərqlənəcək.