“Vahid Miqrasiya Məlumat Sistemi”ndə bir sıra yeni proqram modulların hazırlanması və altsistemdə təkmilləşdirilmə işlərinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.

Yeni proqram modullarının hazırlanması ilə aşağıdakı təkmilləşdirilmə işləri həyata keçiriləcək:

1) Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmi dəvət əsasında rəsmiləşdirilmə prosesi üçün elektron xidmətin yaradılması və mövcud daxili infrastrukturun təkmilləşdirilməsi,

2) Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın təmin edilməsi və mövcud daxili infrastrukturun təkmilləşdirilməsi,

3) Elektron sənəd dövriyyəsi sistemi və onun tərkibinə daxil olan proqram modulları və altsistemləridə tətbiq olunan texnologiyaların yenilənməsi, dayanıqlılığının təmin edilməsi və ləngimələrin aradan qaldırılması üçün mövcud infrastrukturun yeni versiyada təkmilləşdirilməsi,

4) Yeni Elektron xidmətlərin hazırlanması əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsi elektron xidməti,

- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazə vəsiqələrinin yenidən verilməsi elektron xidməti,

- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin yenidən verilməsi elektron xidməti,

- əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsinin alınması elektron xidməti,

- hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsinin alınması elektron xidməti,

5) Vətəndaş məmnunluğunun və xidməti fəaliyyətin keyfiyyətinin artırılması məqsədilə çağrı mərkəzi üçün vahid idarə etmə platformasının yaradılması,

6)  Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin reinteqrasiya portalı,

7) Elektron sənəd dövriyyəsi və alt sistemlərinin təkmilləşdirilməsi və Xidmətin struktur bölmələrindən daxil olan təklif və sorğuların icra olunması (siyahı üzrə),

8) Elektron xidmətlərin təkmilləşdirilməsi və Xidmətin struktur bölmələrindən daxil olan təklif və sorğuların icra olunması (siyahı üzrə).