Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs 2023-cü il üzrə audit edilmiş maliyyə hesabatını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, agentlik ötən ili də zərərlə bitirib. Belə ki, qurum keçən il satışdan 36.81 mln. manat gəlir əldə edib, 35.43 mln. manat əməliyyat xərci çəkib.

Üstəlik 8.83 milyon manatlıq ümumi və inzibati xərlcəri onu il üzrə 7.65 mln. manat zərər etməsinə gətirib çıxarıb.

Agentlik 2021-ci ildə 4.16 mln. manat, 2022-ci ildə 4.62 mln. manat üzərində zərər etmişdi ki, bu da illərdir davam edən zərər üst-üstə yığılaraq 24.31 mln. manata çatmasına gətirib çıxarıb.

1 3a1 1a2 1