Neft emalı zavodlarından tələbin zəifləməsi və Yaxın Şərqdə riskin azalması səbəbindən "Brent" markalı neftin bir barelinin qiyməti bu ilin ikinci rübündə birinci rüblə müqayisədə 2,2 faiz ucuzlaşıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət "OPEC+" qrupunun iyunun 2-də keçirilən iclasında hasilatın azaldılması müddətinin uzadılması qərara alınıb.

Hesabat dövründə WTI markalı neftin bir barelinin qiyməti ikinci rübdə 1,9 faiz ucuzlaşıb.

 

Gözəl Həşimova