Azərbaycanda bu ilin birinci yarısında sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bu dövrdə sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il avtobuslardan istifadə edən sərnişinlərin sayında artım olub, taksi xidmətlərindən istifadə isə azalıb. Belə ki, ötən ilin yanvar-iyun aylarında sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Eləcə də cari il metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım olub. Belə ki, bu ilin altı ayında metrodan istifadə edən sərnişinlərin sayı 113,2 milyon nəfər təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 108,8 milyon idi.

Hesabata görə, bu ilin yanvar-iyun ayları ərzində avtomobil nəqliyyatı ilə sərnişin daşıma illik müqayisədə 8,6%, metro ilə 4,1%, qatar ilə 19,2%, təyyarə ilə 44,7% və gəmi ilə 27,6% artıb.

Hesabat dövründə sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri isə bunlardır:

 

Gözəl Həşimova