İsveçin “Spotify Technology” şirkəti ikinci rübdə öz tarixində rekord xalis mənfəət əldə edib və abunəçilərin sayının artması hesabına gəlirini artırıb.

İqtisadiyyat.az şirkətin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, onun son rübdə xalis mənfəəti 274 milyon avro təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 302 milyon avro zərərə düşüb.

Məlumata görə, “Spotify”ın səhm üzrə mənfəəti 1,33 avro təşkil edib. Şirkətin gəliri 20% artaraq 3,81 milyard avroya çatıb.

İl ərzində ödənişli “Spotify” abunəçilərinin sayı 12% artaraq 246 milyon nəfərə çatıb. Şirkətin növbəti rübdə 4 milyard avroya qədər gəlir artımı proqnozlaşdırır.

“Spotify” səhmləri bu gün Nyu-Yorkda bazar öncəsi ticarətdə 14,6% bahalaşıb. Şirkətin bazar dəyəri ilin əvvəlindən 57,2% artıb (57,7 milyard dollar).

 

Sadiq Cavadov