"Ukraynadakı böhranı Çin ortaya çıxarmayıb, bunda maraqlı olmayıb. Heç vaxt da münaqişə tərəflərinə silah verməyib. Niyə məsuliyyəti Çin hökümətinin üzərinə atırlar? Bu, bizim üçün qəbuledilməzdir".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki,bunu Çin parlamentinin illik mətbuat konfransındakı çıxışında Çinin XİN rəhbəri Tsin Qan deyib:

 "Çin Ukraynadakı münaqişədə heç bir tərəfə silah verməyib. Bu münaqişədə Çinin günahlandırılmasına, təhdid edilməsinə qarşıyıq".