Türkiyənin Mərsin şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərlərarası sərnişin avtobusları, yük maşınları və minik avtomobilləri daxil olmaqla nəqliyyat vasitələri zəncirvari yol qəzasına düşüb.

Bölgəyə xilasetmə, təcili yardım və polis cəlb edilib.

İlkin məlumata görə, qəza nəticəsində azı 11 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Təcili tibbi yardım briqadaları yaralıları ətrafdakı xəstəxanalara çatdırır.