“SpaceX” kosmik şirkətinin yaradıcısı və sahibi İlon Mask “Raptor” raket mühərriklərinin istehsalındakı irəliləyişin zəif olmasından narazı qalıb.

O, işçilərinə bildirib ki, istehsal prosesindəki böhran “iflas riski” yaradır.

Bu barədə iş adamı şirkət əməkdaşlarına göndərilən elektron məktubda bildirib.

Məlumat üçün qeyd edək ki, “Raptor” maye metan və oksigenlə işləyən qapalı dövrəli maye yanacaqlı raket mühərrikidir və Mask ondan “Starship”-də istifadə etməyi planlaşdırır.