"Pi Network layihəsi əslində mobil mayninq (mədənçilik) sektorunda bir eksprimentdir."

İqtisadiyyat.az bildirir ki, bunu fins.az-a açıqlamasında “Blockchain Azərbaycan Mərkəzi”-nin həmtəsisçisi,Crypto Consulting şirkətinin rəhbəri Elnur Quliyev deyib.

O bildirib ki, kriptovalyuta mayninqinə hazırda maraq kifayət qədər maraq var. Bu layihədə əsas diqqət çəkən məqam isə istifadəçilərin bu şəbəkəyə ödənişsiz olaraq qoşulmasıdır. İnsanlarda bir ümid var ki, heç bir ödəniş etmədən sadcə mobil tətbiqi smartfona yükləməklə kriptovalyuta mayniniq edəcək və gələcəkdə dəyəri yüksək olan kriptovalyutaya sahib olacaqlar.

Elnur Quliyev smartfonla kriptovalyuta mayninqinin mümükün olub olmamasına toxunaraq "Bu nə dərəcədə realdır, bunu zaman göstərəcək. Hələ ki, bu layihənin nə qədər uğurlu olacağını demək mümkün deyil. Lakin komanda layihəni inkişaf etdirməyə davam edərsə, bəlkə də ciddi bir nəticə əldə etməsi istisna deyil."-deyə qeyd edib.

Mütəxssis həmçinin Pi Network layihəsi ilə bağlı bəzi narahatedici məqamlar barədə məlumat verərərək bildirib ki, Pi Network layihəsinin veb saytında ilk diqqəti çəkən odur ki, komanda iddia edir ki, Pi “Telefonda mayninq edilən ilk rəqəmsal valyutadır”. Bu artıq yalnış məlumatdır çünki smartfonda mayninq edilən ilk kripto-layihələr uPlexa (UPX) və Electroneum (ETN) olub. 

 Elnur Quliyev Hər hansı bir kripto-tətbiqdən fərqli olaraq, Pi Network tətbiqini smartfona yüklədiyiniz zaman sizin data məlumatlarınıza kifyaət qədər ciddi və geniş icazələr tələb olunur. Mobil tətbiqetməni yalnız referal link vasitəsi ilə yükləmək olur və bu faktor layihənin yalnız peramidal sxem üzrə genişlənməsinin göstəricisidir. Əgər tətbiqi yükləmisinizsə hər 24 saatdan bir mayneri aktivləşdirmək lazımdır. Hesab edirəm ki, bu əslində mayninq üçün xas xüsusiyyət deyil və məcbur edir ki, siz tətbiqə ən azı 24 saatdan bir daxil olasınız. Bundan əlavə, Pi Network tətbiqi qəribə olsa da, şəbəkə paketlərini "socialchain.app" və "rayjump.com" kimi kənar domenlərə göndərir. 

Ekspert Pi Network layihəsi ilə bağlı məsləhətlərini bölüşərək "Məsləhət görərdim ki, ödənişsiz olaraq hər hansı kriptovalyuta təklif edən tətbiqləri smartfon və digər elektron cihazlarınıza yükləməzdən öncə həmin layihəni diqqətlə analiz edəsiniz. Bu tip layihələr pulsuz kriptovalyuta və ya har hansı ödənişsiz xidmət təklif edən zaman sizin mobil qurğularınızda olan data məlumatlarınıza sərhədsiz giriş imkanı əldə edirlər. Unutmayın ki, smartfonda olan data məlumatlarınız sizin üçün adi informasiyalar olsa da, bəzi analitik mərkəzlər üçün bu olduqca əhəmiyyətli informasiya resursudur."-deyə qeyd edib .