“Bakı ilə birgə regionlarda da limitlərin sıfırlanması prosesi paralel olaraq aparılır”.

Bu barədə “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev məlumat verib.

O bildirib ki, prosesin bir ay ərzində tamamilə yekunlaşması planlaşdırılır:

“Ötən il eyni ay üzrə limitlərin sıfırlanması prosesi necə həyata keçirilmişdisə, bu il də proses müvafiq olaraq davam etdiriləcək”.