Rusiya prezidenti Vladimir Putin üçtərəfli görüşdə iştirak etdikləri üçün Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkürünü bildirib.

“İlk növbədə, bir il ərzində görülmüş işlərin bəzi nəticələrinə yekun vurmaq üçün dəvəti cavablandırıb Rusiyaya gəlməyə imkan tapdığınıza görə sizə təşəkkür etmək istərdim”, - deyə o bildirib.

RF prezidenti Qarabağda hadisələrin qarşısını almaq üçün bu üçtərəfli görüşün vacibliyini vurğulayıb.

“Təəssüf ki, hələ də bütün məsələlər öz həllini tapmayıb. Sərhəddə baş verən hadisələrdən xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edən şeylərdir. Əslində, digər məsələlərlə yanaşı, gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün bu gün toplaşmışıq. Amma bütövlükdə il ərzində çox iş görülüb. Birincisi, genişmiqyaslı hərbi əməliyyatlar aparılmır, bu, özlüyündə çox yaxşıdır”, - deyə Putin bildirib.