“Düşmən nə günə salıb Şuşanı”.

Bu sözləri Şuşa şəhərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bulaqları da bərpa edəcəyik. 30 il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar”-deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, artıq məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib:

“İlkin araşdırmalara başlanılıb, yaxın gələcəkdə layihə təqdim ediləcək”.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.