2022-ci ildə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarına respublika daxilindən və xaricdən köçürülən vəsaitlərin həcmi açıqlanıb. Köçürülən vəsaitlərin 93.2%-i xaricdən mədaxil olub.

İqtusadiyyat.az bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin 2022-ci il üzrə statistikasına istinadla xəbər verir. Məlumata görə, 2022-ci ildə muxtar respublika vətəndaşlarına ümumilikdə sürətli pul köçürmə sistemi ilə 20 milyon 128 min ABŞ dolları pul köçürülüb, bunun 18 milyon 752 min ABŞ dolları xaricdən, qalan 1 milyon 375.5 milyon dolları isə xaricdən köçürülüb.

AMB-nin Naxçıvan MB İdarəsi bildirir ki, vəsaitlər “MoneEx”, “Western Union”, “Zolotaya Korona”, “IBA Express”, UPT və “Xəzri” pul köçürmə sistemləri ilə həyata keçib.

Xarici ölkələrə mal-material almaq üçün köçürülmüş vəsaitlərin həcmi isə 82 milyon 3.66 min dollar və 38 milyon 714.21 min avro olub.