Artan əhali, texnoloji tərəqqi və elektronikanın geniş istifadəsi qlobal elektrik istehlakının 2022-ci ildə rekord səviyyəyə çatmasına səbəb olub. Belə ki, son yarım əsr ərzində dünyanın elektrik istehlakı davamlı olaraq artaraq 2022-ci ildə 26,5 min teravatt-saata çatıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə, 1980-2023-cü illər arasında dünyada elektrik enerjisi istehlakı üç dəfədən çox artıb, dünya əhalisi isə təxminən 8 milyard nəfərə çatıb. Bütün dünyada sənayeləşmənin inkişafı və elektrik enerjisinə çıxış imkanları elektrik enerjisinə tələbatı daha da artırıb.

2000-ci ildən bəri Çinin iqtisadiyyatı 15 dəfə artaraq ABŞ-dən sonra ikinci olub. Milyardlıq əhalisinin və müxtəlif istehsal sənayesinin inkişafına təkan vermək üçün Çin digər ölkələrdən daha çox enerji idxal edir. Nəticədə ölkə dünya üzrə ən böyük elektrik istehlakçısı olub. İkinci ən böyük elektrik istehlakçısı ABŞ-dir. İki super güc birlikdə qlobal elektrik istehlakının təxminən 50 faizini təşkil edir.

Adambaşına düşən elektrik enerjisi istehlakı baxımından Çin digər inkişaf etmiş iqtisadiyyatları xeyli qabaqlayır.  Avropa ölkələri İslandiya və Norveç isə dünya miqyasında adambaşına ən yüksək istehlak göstəricisi ilə reytinqə başçılıq edir.

Ümumillikdə 1980-ci ildən 2022-ci ilə qədər dünyada elektrik enerjisi tələbi belə olub:

İllər

Elektrik enerjisi istehlakı

1980

7,3 teravatt-saat

1985

8,6 teravatt-saat

1990

10,4 teravatt-saat

1995

11,5 teravatt-saat

2000

13,7 teravatt-saat

2005

16,3 teravatt-saat

2010

19,3 teravatt-saat

2011

20 teravatt-saat

2012

20,4 teravatt-saat

2013

21,2 teravatt-saat

2014

21,8 teravatt-saat

2015

22 teravatt-saat

2016

22,6 teravatt-saat

2017

23,3 teravatt-saat

2018

24,1 teravatt-saat

2019

24,4 teravatt-saat

2020

24,3 teravatt-saat

2021

25,8 teravatt-saat

2022

26,5 teravatt-saat

 

Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrdə elektrik istehlakının 2050-ci ilə qədər iki dəfə artacağı proqnozlaşdırılır.

Araşdırmalara əsasən, son on ildə təmiz elektrik enerjisi istehsalı artıb və 2022-ci ildə ümumi istehsalın demək olar ki, 40 faizini təşkil edir. Bununla belə, qalıq yanacaqlar hələ də dünyada elektrik enerjisi istehsalının əsas mənbəyidir.

 

Gözəl Həşimova