Noyabr ayı etibarilə gündəlik neft hasilatını 2 milyon barel azaldan OPEC+ qrupu bazardakı son hadisələri qiymətləndirmək və tətbiq olunacaq hasilat miqdarını müəyyən etmək üçün bazar günü bir araya gələcək.

İclasda veriləcək qərarda qlobal iqtisadiyyat və tələbin görünüşü ilə bağlı qeyri-müəyyənliklərin təsirli olacağı gözlənilir.

Çinin siyasətinə etirazlar həftənin əvvəlində qlobal bazarlarda narahatlığa səbəb olması neft qiymətlərini kəskin ucuzlaşdırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın da ötən həftə OPEC+ qrupunun neft tədarükünü artırmağı planlaşdırdığına dair iddialarından sonra hazırkı hasilatın azaldılmasının 2023-cü ilin sonuna qədər davam edəcəyi bildirilir.