“Borsa İstanbul 100” indeksi bu il dollar ifadəsində 80%-dən çox artaraq Türkiyə birjasını dünyanın ən gəlirli bazarına çevirib.

İndeks lirə ifadəsində 150%-dən çox bahalaşıb ki, bu da 1999-cu ildən bəri Türkiyə birjasında qeydə alınan ən yaxşı göstəricidir.

Məlumata görə, oktyabr ayında artıq 83%-i keçən rekord inflyasiya şəraitində yerli investorlar öz ölkələrinin səhmlərinə bir növ “təhlükəsiz sığınacaq” kimi investisiya qoymaq qərarına gəliblər.

Eyni zamanda, Türkiyə Mərkəzi Bankı iqtisadi artım naminə uçot dərəcəsini azaltmağa davam edir.

Analitiklər hesab edirdilər ki, ölkədə inflyasiya azalmağa başlasa belə, Türkiyə səhmlərinin cəlbediciliyi 2023-cü ilin birinci yarısında da davam edəcək.