Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

Agentlikdən verilən məlumata görə, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 112 tank əleyhinə mina və 88 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.