Maşın almağa qərar vermək bəziləri üçün asan, bəziləri üçün çətin prosesdir. Təbii ki, bir insan uzun illər maşın sürüb onu test edir və həyatının bir parçasına çevirir. Maşın sıradan çıxanda isə səni yolda qoyan maşından ayrılmaq mümkünsüz gəlsə də, artıq yeni maşın arayışına çıxmaq vaxtı olduğunu dərk edirsən. İlk maşını seçmək, hardan başlayacağını bilməmək isə daha mürəkkəbdir. Buna görə də alacağın maşını seçməzdən əvvəl axtardığın funksiyaları cəmləyib qərarını ona görə verməlisən.

Bu məqalədə maşın seçərkən hansı nüanslara diqqət etməli olduğunu qeyd edəcəyəm.

1.Yeni qərarlar kimi, maşın da səni yarı yolda qoymamalıdır

Əvvəlki maşınında olan mənfiləri müsbətə çevirmək və yaxud xəyalını qurduğun maşında olan müsbətləri seçməklə başlaya bilərsən.

2. Axtardığın maşınla çıxdığın ilk yol onun alış-verişidir

Hansı yaxşıdır - nağd alıb birdəfəlik arzuladığın maşına sahib olmaq, ya da kreditlə hər ay büdcəndən müəyyən məbləğ ayırmaq? Bu yolda mütləq büdcəylə istədiyin maşını qarşılaşdırmalısan. O zaman kredit, yoxsa nağd ala biləcəyini dəqiqləşdirə biləcəksən.

3. Arzuladığın maşına qovuşmaq üçün büdcənə uymağa məcbur deyilsən

Nağd əldə edə bilmədiyin maşını bir çox endirimlərdən yararlanıb kreditlə əldə etmək varkən səhv qərarlar verib sevmədiyin maşına yatırım etmək sonra yeni bir maşın axtarışı

4. Seçdiyin maşın sənə bələdçi olmalıdır

Dəqiq, ya da qərar verə bilməyən insan olduğunu bildiyin halda ya bir maşın, ya da çoxlu maşınlara baxacaqsan - sənə bu yolda məhz öz xarakterin kömək olacaq. Ona görə maşında axtardığın nədirsə, onu bilməlisən. Ya minimalist, ya da maksimalist.

5. Qərar vermədən əvvəl qarşılaşdırın

Artıq real seçimlərin var və almağı düşünürsən. O zaman gözünə kəsdirdiyin maşının ən kiçik detalından böyüyünə kimi qarşılaşdırıb üstünlüklərini və mənfilərini qarşılaşdırmalısan. Maşını ucuza alıb, təmirinə alışından çox qiymət xərcləmək həm büdcəyə, həm də əsəbinə mənfi təsir edəcək.

6. Seçimlərində qərarı özünə burax

Sürdüyün maşın sənin üçün nə ifadə edir? Sadəcə maşın, yoxsa sürət həvəsinə yol yoldaşı? Mexanika, yoxsa avtomat - bunu ən yaxşı sən bilirsən.

7. Maşın sənin yolundakı aynandır

Maşını almadan öncə salonuna əyləşib hiss etdiyin ilk duyğu səni yanıltmayacaq, test etdiyin maşın səni yolda ayna kimi görüb sürmənə kömək edirsə, deməli bu, o maşındır.

8. Maşının xarici də daxili kimi olmalıdır

Təkcə görünüşü yox, hissələri də onu ələ verəcək. Yolda sürdüyün maşın çox gözəl ola bilər, bəs o yolda büdrəsə, bu gözəllik səni istədiyin yerə vaxtında çatdıra biləcək?

9. Maşına gedən yola az qalıb

Bütün bu yolları maneəsiz gedib, axtardığın funksiyaları tapa bilmisənsə, artıq o maşın sənin üçün əlçatandır. Yol açıqdır gedə bilərsən.

10.Uzun yolun sonu qələbədir

Axtardığın maşın üçün bütün addımları izlədiyin müddətcə ona sahib olacaqsan. Maşınını sahiblən, sükan arxasına əyləş və bu anın kefini uzun yoldan sonra qazandığın mükafat kimi qiymətləndir.