Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da meydana gələn iki güclü zəlzələdən sonra diqqətlər ehtimal edilən "İstanbul zəlzələsi"nə yönəlib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, İstanbulda gələcəkdə baş verə biləcək zəlzələ ilə bağlı bir televiziya proqramına qatılan Qəndilli Rəsədxanasından professor Doğan Kalafat danışıb:

"Yeri bəllidir, amma vaxtını dəqiq demək mümkün deyil. Edə biləcəyimiz yalnız statistiki çalışmalardır. Bu çalışmalara görə, İstanbulda güclü zəlzələnin baş verməsi ehtimalı 2030-cu ilə qədər 64%, 2050-ci ilə qədər 75%, 2090-cı ilə qədər 95%-dir". 

O bildirib ki, zəlzələnin gücü 7 baldan yuxarı olacaq və zəlzələ Mərmərə dənizindən gələn təkanlardan qaynaqlanacaq.