"Füzuli şəhərinin planlaşdırılması ilə bağlı əsas hədəflər dayanıqlı inkişaf, "Ağıllı şəhər" modelinin qurulmasıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

"Şəhərin mərkəzi hissəsində "Blue Zone" yanaşmalarının tətbiqi nəzərdə tutulub. Bu, planlaşdırmada yeni bir istiqamət kimi nəzərdən keçirilir. Mütəxəssislər şəhər ərazilərində uzun ömürlülüyü araşdırır, onun meyarlarını müəyyən edir və bunlar əsasında planlaşdırmalar həyata keçirir. Füzuli şəhərinin mərkəzi hissəsinə bunu tətbiq edə bilərik", - deyə o, qeyd edib.

Sədr müavininin sözlərinə görə, Füzuli şəhərinin Baş Planında dəmir yolu və avtovağzal əraziləri də nəzərdən keçirilib: "Füzuli şəhərinin bir xüsusiyyəti budur ki, burada Zəfər yolundan başqa Füzuli-Şuşa dəmir yolu xətti də keçəcək ".