General Motors və Honda əməkdaşlığa başlayır.

ABŞ-ın avtomobil istehsalçısı General Motors (GM) və Yaponiya istehsalçı Honda, Şimal Amerikada müxtəlif avtomobillər istehsal etmək və satmaq üçün əməkdaşlığa başlayırlar.

Açıqlamaya görə, GM və Honda, elektrikli və daxili yanma mühərrik sistemlərini bir-birləri ilə paylaşacaqlar.