Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.