1999-cu ildə Qaziantepin Gölcük bölgəsində dünyaya gələn Osman Enes Baştürkün 24 illik ömrü bir zəlzələ ilə başlayıb, digər zəlzələ ilə bitib. Belə ki, Kahramanmaraşda baş verən zəlzələdə kiçik qardaşını qorumaq istərkən üstünə divar yıxılan Osman həyatını itirib. 

İqtisadiyyat.az xəbər verir ki, Osman Enesin həyatı ilə bağlı anası Asiyə Baştürk mediaya danışıb. O bildirib ki, zəlzələ anında Osman və kiçik qardaşı Emirhan eyni otaqda olublar:

"Uşaqların yanına getmək istəyəndə üstümə divar düşdü. Dedim ki, Emirhan güclüdür, qardaşını qoruyar. Qardaşını xilas etdi, amma özü öldü. 1999-cu ildə Gölcük zəlzələsi zamanı Qaziantepdə dünyaya gəlmişdi, 2023-də Kahramanmaraşda həyatını itirdi".

 Osman Enesin xilas etdiyi kiçik qardaşı zəlzələ anı ilə bağlı bunları deyib:

"1-2 dəqiqəliyinə özümdən getmişəm, ayılanda qardaşımın cəsədi yanımda idi. Atamın səsi bayırdan, anamın səsi içəridən gəlirdi. Osmanı tərpətməyimi istədi, amma ondan səs gəlmədi. Qardaşım özünü mənə sipər etmişdi".

Ailənin başçısı Mehmet Baştürk isə həmin evə cəmi 3 gün əvvəl köçdüklərini bildirib.