Bildiyimiz kimi, Ferrari şirkəti italyan markasının ilk krossoveri olacaq Purosangue modelini hazırlayır. Bu səbədən də, italyanların Ferrari GTC4 Lusso şutinq-breykini istefaya göndərəcəyi barədə şayiələr dolaşmaqdadır. Lakin, Ferrari şirkəti şutinq-breykdən imtina etmək niyyətində deyil və dolaşan şayiələri təkzib edib.

Koronavirus pandemiyası italyan istehsalçısının planlarına təsir etməyibsə, Ferrari Purosangue modeli 2022-ci ildə satışa çıxmalıdır. Krossover, hibrid əlavəsi olan və olmayan V6, V8 və V12 mühərriklərinin quraşdırılmasını nəzərdə tutan  önmühərrikli platformada inşa ediləcək, habelə  transaxle sxeminə əsasən yerləşdirilmiş "robot" ilə təchiz ediləcəkdir. İtalyanlar krossoverin dörd qapıya, geniş salona və baqaj bölməsinə sahib olacağını vəd edirlər.Fins.az