Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığında qaz qovşağı layihəsini müzakirə edib

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Danışıqlar zamanı Ərdoğan Putini əmin edib ki, Ankara təbii qaz mərkəzinin yaradılması üçün zəruri olan enerji infrastrukturunu gücləndirib və gücləndirməkdə davam edir.

Qeyd edək ki, Türkiyənin Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsinin reallaşdırılması üzrə işə başlaması faktı yanvarın 3-də məlum olub. Ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin sözlərinə görə, ilkin hazırlıq müddəti bir ildir. Siyasətçi onu da bildirib ki, zaman keçdikcə Avropa ölkələrinin layihəyə marağı arta bilər.