Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Səngəçal filialı elevatorunun 146 nömrəli silonun betonunda çökmə olub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də çökmüş betonun təmir-bərpa işlərinə başlanılır.

Agentliklə "Silo Construction" MMC arasında Səngəçal filialı elevatorunun 146 nömrəli silonun çökmüş betonunun təmir-bərpa işləri ilə bağlı müqavilə bağlanılıb.

Şirkət təmir-bərpa işlərini 57 min manata həyata keçirəcək.

Qeyd edək ki, "Silo Construction" bitki məhsullarının emalı və saxlanması ilə məşğul olan müəssisələrin layihələndirilməsi, tikintisi və texniki yenidən qurulması sahəsində fəaliyyət göstərən tam dövriyyəli baş podratçı şirkətdir.