Transfermarkt, ümumi transfer dəyəri 470 milyon avro olan AÇ-2024-ün qrup mərhələsini keçə bilməyən komandaların ən bahalı futbolçularından ibarət simvolik heyət tərtib edib.

İqtisadiyyat.az xəbər verir ki, bu heyətə 75 milyon avro dəyəri olan macarıstanlı Soboslai başçılıq edir.

Qapıçı . Trubin (Ukrayna, 25 milyon avro).

Müdafiəçilər : Qvardiol (Xorvatiya, 75 milyon avro), Zabarni (Ukrayna, 32 milyon avro), Zinçenko (Ukrayna, 38 milyon avro), Stanişiç (Xorvatiya, 28 milyon avro).

Yarımmüdafiəçilər : MakTominay (Şotlandiya, 32 milyon avro), Soboslai (Macarıstan, 75 milyon avro), Sudakov (Ukrayna, 35 milyon avro), MakGinn (Şotlandiya, 30 milyon avro).

Hücumçular : Dovbyk (Ukrayna, 35 milyon avro), Vlahoviç (Serbiya, 65 milyon avro).