Azərbaycandan bu ilin yanvar-may aylarında Almaniyaya neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% azalaraq 440,7 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin Almaniyaya ixrac etdiyi neftin dəyəri isə 17% azalaraq 293,8 milyon dollar olub.

 

Gözəl Həşimova