Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sədərək rayon Sədərək kəndində taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən İqtisadiyyat.az-a bildirilib ki, Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.