Bu ilin yanvar-may aylarında Azərbaycan 54,1 milyon dollar dəyərində kərə yağı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 12,8 milyon dollar çoxdur.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,74 %-ni təşkil edib.

 

Gözəl Həşimova