Azərbaycandan bu ilin yanvar-may aylarında 22,2 milyon ABŞ dolları məbləğində 33,3 min ton alma ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,3 milyon dollar çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 20,9 milyon ABŞ dolları dəyərində 32,2 min ton alma ixrac edib.

 

Gözəl Həşimova