Azərbaycan bu ilin yanvar-may aylarında 9,8 milyon dollar dəyərində 13,1 min ton şəkər ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3,4 milyon dollar və ya 26% azdır.

Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 0,78% təşkil edib.

 

Gözəl Həşimova