Dövlət Ehtiyatları Agentliyinin maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun hazırlanması və audit olunması məqsədilə balansda olan daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidməti üçün açıq tender elan edib.

İqtisadiyyat.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri martın 7-si, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə martın 16-sı, saat 12:00-a qədər agentliyin Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 (Chinar Plaza) ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə martın-17-si, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.