“Qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığın iqtisadiyyatda rolu artmaqdadır. Qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa daha çox maraq göstərirlər.

Onların bu səyləri COVID 19 pandemiyası şəraitində xüsusilə əhəmiyyətlidir. KOBİA-nın fəaliyyətində qadın sahibkarlığının inkişafı prioritet istiqamətlərdəndir. Agentlik tərəfindən qadın sahibkarlığın inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir”. 

Bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş “Qadınların Milli Biznes Konfransı/“Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Qeyd olunub ki, indiyədək Bakıda və müxtəlif regionlarda sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, satış bazarlarına və maliyyə resurslarına çıxışı istqamətində KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxunu qadınlar təşkil edib.

Qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində, bu məqsədlə yaradılmış dövlət-sahibkar dialoqu platformaları əsasında reallaşdırılır. KOBİA yanında İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosasiyası aktiv təmsil olunur. Agentliyin KOB inkişaf mərkəzləri vasitəsilə qadınların biznesə və özünüməşğulluğa cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər görülməkdədir. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.

Dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxu qadınlardır Dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxu qadınlardır Dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxu qadınlardır Dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxu qadınlardır