“Ordumuzun əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlarımızdan bir addım belə geri çəkilməyib”.

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, ordumuz tərəfindən əməliyyat planına uyğun olaraq bütün tədbirlər fasiləsiz davam etdirilir:

“İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.