Bakı şəhəri Suraxanı rayonu ərazisində içməli suyun verilişində fasilələr olacaq.

Bu barədə İqtisadiyyat.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.