Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

***

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

İqtisadiyyat..az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, məlumatda deyilir.

***

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

Bakıda atışma olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə "AF Mall" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Baş verən silahlı insident nəticəsində əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hadisə nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.