Bakı şəhərində salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, paytaxtın S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrinin əhatəsində yerləşəcək parkın layihəsini "Az.Arxitektura" şirkəti hazırlayacaq.

Bakı Şəhər İcra Hakimiyyəti parkın layihəsini hazırlayacağına görə şirkətlə 1,43 milyon manat dəyərində müqavilə bağlayıb.

Xatırladaq ki, yeni park 2019-cu ildə açılışı olan və paytaxtın simasını gözəlləşdirən Mərkəzi parkın davamı olaraq nəzərdə tutulub.