Bu ilin yanvar-iyul aylarında Çinin idxal etdiyi təbii qazın həcmi 12,9% artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin neft idxalı 2,4% azalıb.
Ötən ay isə ölkənin qaz idxalı 4% artaraq 10,85 milyon tona, neft idxalı isə 8,8% azalaraq 42,33 milyon tona çatıb. Çinin xaricdən aldığı bu enerji resurslarının dəyəri müvafiq olaraq 5,19 milyard dollar və 25,78 milyard dollar olub.
Rusiya Çinə enerji ixracatında liderdir.
Gözəl Həşimova