“Azərxalça” ASC-nin İdarə Heyətinin bu il yanvarın 9-da həbs edilmiş, yanvarın 10-da isə vəzifəsindən azad edilmiş sədri Vidadi Muradovun yerinə müvəqqəti təyinat olub.

Səhmdar cəmiyyətinə rəhbərlik sədr müavini İslam Səfərova həvalə edilib.

O, dövlət şirkətinin rəhbərliyində 21 iyun 2016-cı il tarixindən təmsil olunur.