“2022-ci ilin ikinci yarısında Azərbaycan-Polşa hökumətlərarası iqtisadi komissiyasının səkkizinci iclası keçiriləcək. Bu, ikitərəfli münasibət formatında dialoqun davam etdirilməsi üçün müsbət platformadır”.

Bunu Ceyhun Bayramov ATƏT sədri, polşalı həmkarı Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir Azərbaycan-Avropa İttifaqı əlaqələrindən də danışıb.

“Azərbaycan-Avropa İttifaqı yeni ikitərəfli sazişi də qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq formatında işlənib-hazırlanır. Bu sazişin yaxın zamanlarda tamamlanacağı gözlənilir”, - deyə Ceyhun Bayramov əlavə edib.